Təcili Satılır. Ümumi sahəsi 200 m²-dən artıq olan (145 m² yaşayış sahəsi və 55 m² geniş teras), 5 otaq və əlavə mansard hissəsindən (3 otaq və teras) ibarət ev əşyalı şəkildə təcili satışa çıxarılıb. Evin tikintisində və izolyasiyasında bütün detallar xüsusi həssaslıqla düşünülüb: bütün xarici divarlar isti və soyuğa qarşı 2.0 sm-lik xüsusi materialla izolyasiya edilib, döşəməaltı qışda soyuq keçirməməsi üçün əvvəlcədən xüsusi materialla hazırlanıb, dam örtüyü isə su yığılmasının qarşısını alan xüsusi suaxıtma (trap) sistemi ilə təchiz olunub. İki ayrı müstəqil isitmə sisteminə malik olan evdə su çəni ana xəttə avtomatik qoşulduğu üçün isti və soyuq su fasiləsizdir, həmçinin əlavə əşyaları səliqəli yığmaq üçün xüsusi saxlanc otaqları (kladovka sahələri) mövcuddur. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz. Xidmət haqqı: 1%